Sidneydə bıçaqlı şəxslər sakinlərə hücum edib: 6 nəfər ölüb

   Sidneydə bıçaqlı şəxslər sakinlərə hücum edib:    6 nəfər ölüb
  13 Aprel 2024    Oxunub:866
Naməlum şəxs Avstraliyanın Sidney şəhərində ticarət mərkəzinə gələnlərə bıçaqla hücum edib.
Bu barədə The Sydney Morning Herald məlumat yayıb. Polis mənbəsinin nəşrə verdiyi məlumata görə, ölənlərin sayı 6 nəfərə qədərdir, daha bir neçə nəfər yaralanıb və onların vəziyyəti ağırdır.

Bundan əvvəl ABC telekanalı polisə istinadən xəbər verir ki, bıçaqlanma xəbərləri ilə bağlı Westfield Bondi Junction ticarət mərkəzinə təcili yardım çağırılıb. Təcili yardımın məlumatına görə, hücum edən iki nəfər olub. Onlardan birinin polis tərəfindən öldürüldüyü iddia edilir.

İkinci hücumçu qaçıb və polis onu axtarır. Ən azı yeddi nəfər, o cümlədən biri uşaq bıçaq xəsarətləri ilə Sidney xəstəxanalarına aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti