Emin Əmrullayev gənclərlə görüş keçirib

Emin Əmrullayev gənclərlə görüş keçirib
  08 Aprel 2024    Oxunub:737
Elm və təhsil naziri Emin Əmrullayev beynəlxalq və respublika fənn olimpiadalarının qalibləri, dünyanın nüfuzlu universitetlərinə qəbul olunan gənclərlə görüşüb.
Nazirlikdən AzVision.az -a bildirilib ki, nazir gəncləri qazandıqları uğurlara görə təbrik edib və gələcək təhsil həyatlarında nailiyyətlər arzulayıb.

Sonra gənclərə öz tövsiyələrini verib, onlarla səmimi söhbət aparıb və suallarını cavablandırıb.

Görüşün sonunda hədiyyələr təqdim olunub.

AzVision.az


Teqlər: Elm-və-Təhsil-Nazirliyi   görüş  





Xəbər lenti