Lev Zeleni: "Marsa uçuş geri dönüşü olmayan bir yoldur"

Lev Zeleni:    "Marsa uçuş geri dönüşü olmayan bir yoldur"
  08 Aprel 2024    Oxunub:856
Raket və kosmik texnologiyanın hazırkı inkişaf səviyyəsində Marsa insanın uçması geri dönüş olmayan səfərdir.
Bu fikri Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun elmi rəhbəri, Rusiya Elmlər Akademiyasının akademiki Lev Zeleni deyib.

Mask bir milyon insanı Marsa göndərmək istəyir
Onun sözlərinə görə, uzun məsafəli kosmik uçuşlar zamanı astronavtların iki əsas düşməni olacaq. Bunlar təhlükəli günəş və qalaktik radiasiyalardır.

Günəş radiasiyası, partlamalar zamanı alimlər bunu əvvəlcədən bilir və proqnozlaşdırmağı bacarırlar.
“Lakin qalaktik kosmik şüalar bizim yaxşı tanımadığımız düşmənimizdir” – Zeleni qeyd edib.

Qalaktik şüaların kosmik gəmilər və s. avadanlıqlardan keçiriciliyi xeyli yüksək olur. Onlar koqnitiv funksiyalara da təsir edirlər. Təcrübələr zamanı labirintdə tez bir zamanda yemək tapa bilən siçanlar məlum şüalara məruz qalandan sonra hər şeyi unudublar.

Akademik əlavə edib ki, o, mövcud texnologiya ilə Marsa insanın göndərilməsi məsələsində xeyli pessimistdir. Çünki bir neçə günə Aya uça bilər, burada radiasiyadan gizlənə və müxtəlif sığınacaqlar tikə bilərsiniz.

"Lakin Marsa gedən yol birtərəfli yol kimi görünür", - Zeleni qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Mars   Akademik  





Xəbər lenti