Tovuzda kollec direktoru işdən çıxarılıb

Tovuzda kollec direktoru işdən çıxarılıb
  08 Aprel 2024    Oxunub:1101
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Rizvan Qənbərov işdən azad edilib.
Bu barədə AzVision.az -a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd edilib ki, martın 29-da Agentliyin nümayəndələri Tovuz Dövlət Sosial-İqtisadi Kollecində monitorinq keçiriblər.

Monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb. Nəticədə 4 aprel 2024-cü il tarixli əmrlə Kollecin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti