AMEA Rəyasət Heyəti aparatına şöbə müdiri təyin edilib

AMEA Rəyasət Heyəti aparatına şöbə müdiri təyin edilib
  05 Aprel 2024    Oxunub:1042
Azərbaycan Milli Elmlər Akademiyasında yeni təyinat olub.
AzVision.az xəbər verir ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin sərəncamı ilə filologiya elmləri doktoru, dosent Sərxan Xavəri AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Sərxan Abbas oğlu Xavəri 26 may 1973-cü ildə Goranboy rayonunda dünyaya gəlib. 1995-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə başa vurub. 2000-ci ildə "XIII-XVI əsrlər Azərbaycan təsəvvüf ədəbiyyatı: təşəkkülü, təkamülü və inkişaf istiqamətləri” mövzusunda filologiya üzrə fəlsəfə doktoru, 2023-cü ildə “Azərbaycan milli mədəniyyət sistemində folklorun funksional strukturu və tipologiyası” mövzusunda filologiya elmləri doktoru dissertasiyaları müdafiə edib. 1998-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası sistemində çalışan Sərxan Xavəri 2006-cı ildən indiyədək AMEA-nın Rəyasət Heyətinin elmi katibi vəzifəsində fəaliyyətini davam etdirib.

O, yerli və xarici mətbuatda, o cümlədən indekslənmiş beynəlxalq nüfuza malik elmi jurnallarda işıq üzü görmüş 50-yə yaxın elmi məqalənin, 4 monoqrafiyanın müəllifidir. AMEA Rəyasət Heyətinin fəxri fərmanı, Qarabağ mövzusunda apardığı tədqiqatlara və uğurlu elmi məruzəyə görə fəxri diplomlarla təltif edilib.

AzVision.az


Teqlər: AMEA   təyinat  





Xəbər lenti