İmtahanda yüksək nəticə göstərən tək oğlan: "Cərrah olacağam"

   İmtahanda yüksək nəticə göstərən tək oğlan:    "Cərrah olacağam"
  05 Aprel 2024    Oxunub:1723
Tam orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanında maksimum nəticə göstərən 14 nəfərdən cəmi biri oğlandır. Bu, Yusibov Elşən Səfa oğludur. O, Qəbələ rayonu, Həmzəlli kənd orta məktəbinin şagirdidir.
Öz təəssüratlarını AzVision.az -a bölüşən Elşən IV ixtisas qrupu üzrə hazırlaşır:

"Həmzəli kənd tam orta məktəbində təhsil alıram, günortadan sonra isə özəl kursda təhsilimi davam etdirirəm. Məktəbimizin direktoru Soltan müəllimə və məni hazırlaşdıran müəllimlərə öz minnətdarlığımızı bildirirəm. Sınaqlarda yüksək nəticələr göstərdiyimə görə, özəl kursda ödənişsiz təhsil almışam. Boş vaxtlarımı futbol oynamaqla, idmanla məşğul olmaqla keçirirəm".

Elşən ürək cərrahı olmaq arzusundadır:

"İkinci imtahanda 400 balı yığmağı hədəfləmişəm. Azərbaycan Tibb Universitetində təhsilimi davam etdirmək istəyirəm".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti