Məktəbəhazırlıq qruplarında yerdəyişmə dayandırılıb

Məktəbəhazırlıq qruplarında yerdəyişmə dayandırılıb
  03 Aprel 2024    Oxunub:890
Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılıb.
AzVision.az ya Elm və Təhsil Nazirliyindən xəbər verilib ki, aprelin 3-ü saat 17:00-da ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların yerdəyişməsi prosesi dayandırılıb.

18 və 19 may tarixlərində ölkə üzrə IV və VI siniflərdə təhsil alan şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək. Monitorinqə hazırlıq zamanı şagird yerdəyişməsi hallarının olmaması üçün aprelin 15-i saat 17:00-dan IV və VI siniflər üzrə də yerdəyişmə prosesi dayandırılacaq.

AzVision.az


Teqlər: Elm-və-Təhsil-Nazirliyi   məktəbəhazırlıq-qrupları  





Xəbər lenti