Niyə öz-özümüzü qıdıqlaya bilmirik? - Qalib Əsədov yazır

      Niyə öz-özümüzü qıdıqlaya bilmirik?    - Qalib Əsədov yazır
  02 Aprel 2024    Oxunub:1262
Qulaqlarımız üçün ən xoş səslərdən bir gülüşdür və ona səbəb olanlardan biri də qıdıqdır. Valideynlər uşaqlarını onları güldürmək üçün qıdıqlayırlar. Bəs insanların qıdığa ən çox həssas olan yerləri hansılardır və görəsən, onları ölüncəyə qədər qıdıqlamaq olarmı?
Qıdıq bizə yaxınlaşmağa kömək edir
Qıdıq yalnız gülüş doğura bilmir, o həm də bizə münasibətlər qurmağa kömək edir. Hələ Çarlz Darvin qeyd edirdi ki, qıdıq sosial yaxınlaşma mexanizmidir. O, ana və uşaq arasında ünsiyyətin birinci formalarındandır. Həmçinin dostlar arasında əlaqələri qaydaya salmağa kömək edir.

Biz öz-özümüzü qıdıqlaya bilmirik
Əgər başqa insanın bizə toxunması qıdığa gətirib çıxara bilərsə, niyə özümüzü qıdıqlaya bilmirik? Beyinciyimiz gözlənən toxunmadan gözlənilməz toxunmanı ayıra bilər və bu qıdıq reaksiyasını boğur. Nə vaxt ki özümüzü qıdıqlamağa çalışırıq, beyin qabaqcadan düşünür və qıdığa hazır olur. Bəlkə də, gözlənilən və gözlənilməyən reaksiyaya cavab biz insanların düşməndən qorunması üçün yarandı.

Ən çox qıdıqlanan yerlər hücum vaxtı ən zəif yerlərdir

Ayaq altı və qoltuq altı bədənimizdəki ən həssas iki yer hesab edilir. Bundan başqa, qıdığa həssas yerlərin əksəriyyəti boyun, sinə, cinsi orqanlarının sahəsi də ola bilir.

Qoltuqaltı nahiyədə qoltuqaltı vena, arteriya keçir və ürəyə maneəsiz daxil olur, hansı ki, döş qəfəsiylə qorunmur. Boyun da həmçinin insan bədənində iki əhəmiyyətli arteriyanı özündə saxlayır ki, bunlar da beyini qanla təchiz edirlər. Ağciyərlərə havanı daşıyan orqan olan traxeya da boyun nahiyəsində yerləşib. Bizi qıdıqlanyan zaman yaranan qıdıqlanma hissi qoruyucu mexanizmdir ki, bizi təlaşa düşməyə məcbur edir, bu da həşərat, böcək və sürünənlər kimilərinin bizə toxunması vaxtı qoruyucu hisslərin artmasına kömək olur.

Qıdıq işgəncəyə çevrilə bilər

Tarixdə qıdıq, bədən cəzası kimi tətbiq edilən vaxtlar da olub. Onun şahidləri deyirlər ki, nasistlər işgəncə kimi qıdıqdan istifadə edirdilər. Həmçinin qədim romalılar da bunu işgəncənin xüsusi növü kimi tətbiq edirdilər. Qanun pozanları bağlayır, pəncələrini duzlu suya salır və keçiləri onu yalamağa məcbur edirdilər. Zamanla qıdıq çox ağrılı olurdu. Qıdıqdan insanın ölməsi haqqında deyilənləri isə şahidlər təsdiq edir və demək ki, bu da faktdır.

Yaş artdıqca biz qıdığa daha az həssas oluruq

40 yaşdan aşağı insanlar həmin yaşdan yuxarı insanlara nisbətən 10 dəfədə daha çox həssas olurlar. Bu ona görə deyil ki, böyük insanların qıdıq xoşuna gəlmir, sadəcə yaşla əlaqədar toxunulmaqla duyulan həssaslığın tədricən azalması müşahidə olunur.

Qıdığı dayandırmaq olar

Bunu necə etmək olar? Əlinizi sizi qıdıqlayan insanın əlinə qoyun. Bu hiyləyə həkimlər tez-tez əl atırlar. Belə ki, həkim pasiyentin qarnına baxmaq istəyərkən xəstənin əlini onun özünə qoymağa xahiş edə bilər. Beləliklə, həminki hərəkətləri həkimə edirsiniz, bu da beynimizi düşünməyə məcbur edir ki, özü-özünüzü qıdıqlayrsınız.

Qıdıq arıqlamağa kömək edir

Əgər qıdıq sizdə güclü gülüşə səbəb olursa, bu, kalorilərin sərf edilməsinə gətirir. Alimlər hesab edirlər ki, gündə 10-15 dəqiqə gülüş 10-40 kalori yandırır və bu da 1 il ərzində bir neçə kiloqrama qədər çəkinin itməsinə səbəb ola bilər. Əlbəttə, bu trenajor zalına getmək kimi deyil, amma arıqlamağa qərar verdinizsə, hər kalori sizin üçün məna kəsb edir.

Qalib Əsədov
AzVision.az


Teqlər: tibb   həkim   qıdıqlanma  





Xəbər lenti