23 nömrəli məktəbdəki insidentlə bağlı AÇIQLAMA

 23 nömrəli məktəbdəki insidentlə bağlı AÇIQLAMA
  02 Aprel 2024    Oxunub:1435
Aprelin 1-də 23 nömrəli tam orta məktəbdə tənəffüs zamanı şagirdlər arasında insident yaranıb. Məktəb rəhbərliyi hadisəyə dərhal müdaxilə edib.
Bu barədə AzVision.az -a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakıda məktəbdə baş vermiş hadisə ilə bağlı məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə, digər müvafiq qurumlara, eyni zamanda şagirdlərin valideynlərinə məlumat verilib və məktəbə çağırılıblar:

“Baş vermiş hadisə nəzarətdə saxlanılır. Agentliyin, eyni zamanda Uşaqların Müdafiəsi İdarəsinin əməkdaşları da məktəbdə olublar. Zərərçəkmiş şagirdə ilkin tibbi-yardım göstərilİib və evə buraxılıb. Hazırda şagirdin səhhətində hər hansı təhlükə riski yoxdur. Şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və Agentlik tərəfindən izlənilir.

Qeyd olunanlarla yanaşı, stressin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün Təlimə Dəstək Mərkəzinin və Məktəblinin dostunun psixoloqları da təhsil müəssisəsindədirlər. Şagirdlərlə bu istiqamətdə müvafiq intensiv iş aparılır.

Bir daha qeyd edək ki, Agentlik, məktəb rəhbərliyi və hüquq-mühafizə orqanları tərəfindən mövcud qaydalar çərçivəsində lazımi tədbirlər görülür, məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri aidiyyəti qurumlar tərəfindən ictimaiyyətə veriləcək.

Uşaqların yeniyetməlik dövru olduğunu, araşdırma prosesinin davam etdiyini nəzərə alaraq ictimaiyyətdən də bu mövzuda daha həssas davranmalarını, paylaşımlarda rəsmi qurumların açıqlamalarına istinad etməyi xahiş edirik”.

Qeyd edək ki, aprelin 1-də 23 saylı məktəbdə 9-cu sinif şagirdi olan qız bıçaqla oğlan şagirdin boğazına xəsarət yetirib.

AzVision.az


Teqlər:





Xəbər lenti