FHN qanunsuz tikililəri sökdü - VİDEO

FHN qanunsuz tikililəri sökdü    - VİDEO
  30 Mart 2024    Oxunub:778
Abşeron rayonunun Xırdalan şəhəri və Saray qəsəbəsi ərazilərində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.
Bu barədə AzVision.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa edilən tikililər sökülüb.

AzVision.az



Teqlər: FHN  





Xəbər lenti