Yeznə-qayın mübahisəsi ölümlə nəticələnib

Yeznə-qayın mübahisəsi ölümlə nəticələnib
  30 Mart 2024    Oxunub:2320
Abşeron rayonunda yeznə və qayının mübahisəsi ölümlə nəticələnib.
Hadisə Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, martın 19-da 1950-ci il təvəllüdlü Cəlil Abakən oğlu Şabanov öz qayını ilə mübahisə edib. Ağır xəsarətlər alan yaralı dərhal xəstəxanaya çatdırılıb.

O, 11 gün sonra aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.
AzVision.az



Teqlər:





Xəbər lenti