Gürcüstan Saakaşvilinin Kiyevə verilməsini mümkünsüz sayır

Gürcüstan Saakaşvilinin Kiyevə verilməsini mümkünsüz sayır
  13 Mart 2024    Oxunub:816
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynaya qaytarılmayacaq.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilir ki, Gürcüstan parlamenti sədrinin birinci müavini Georgi Volski Ukrayna hakimiyyətinin bununla bağlı tələbini, Saakaşvilinin Ukraynaya verilməsini qeyri-mümkün proses adlandırıb.

Saakaşvili əfv olunacaq? - Zurabişvili "müstəqil qərar verəcəm" deyir
Xatırladaq ki, bir müddət öncə Saakaşvilinin ölkə prezidenti tərəfindən əfv olunması məsələsi gündəmə gəlmişdi. Prezidenti Salome Zurabişvili isə Saakaşvilinin əfv edilməsi barədə qərarın dövlət başçısının mənəvi məsuliyyəti olduğunu və ona heç kimin təsir edə bilməyəcəyini bəyan etmişdi. O, ölkədə azad və ədalətli parlament seçkilərinin keçirilməsinin eks-prezidentin əfv olunub-olunmamasından asılı olmadığını vurğulayıb.

Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin açılmasına baxmayaraq, 2021-ci ilin oktyabrında Gürcüstana qayıdıb və saxlanılaraq həbs edilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Gürcüstan   Ukrayna   Saakaşvili  





Xəbər lenti