"Saakaşvili əfv edilsə, Cənubi Osetiyadakı münaqişə araşdırılacaq"

  "Saakaşvili əfv edilsə,     Cənubi Osetiyadakı münaqişə araşdırılacaq"
  13 Mart 2024    Oxunub:871
Gürcüstanın hazırkı prezidenti Salome Zurabişvili keçmiş dövlət başçısı Mixail Saakaşvilini əfv etmək qərarına gələrsə, parlamentindəki “Xalqın Gücü” siyasi qrupunun deputatları höküməti Cənubi Osetiyada 2008-ci ildə baş vermiş münaqişə ilə bağlı təhqiqata başlanılacağı və Saakaşvilinin mümkün təqsirinin üzə çıxaralacağı ilə hədələyiblər.
AzVision.az xəbər xəbər verir ki, bu barədə “Xalqın Gücü”nün bəyanatında deyilir.

“Qlobal müharibə partiyası Salome Zurabişvilini Saakaşvilini əfv etməyə məcbur etsə, bu, bizim üçün səbr kasasını daşıran son damla olacaq”, - deyən deputatlar 2008-ci ildəki qarşıdurmanın başlanğıcını araşdırmağın lazım olduğunu bir neçə dəfə səsləndirdiklərini xatırladıblar.

Qeyd edək ki, S.Zurabaşvili məhbus Mixail Saakaşvilinin əfv edilməsi barədə qərarın dövlət başçısının mənəvi məsuliyyəti olduğunu və ona heç kimin təsir edə bilməyəcəyini bəyan edib. O, ölkədə azad və ədalətli parlament seçkilərinin keçirilməsinin eks-prezidentin əfv olunub-olunmamasından asılı olmadığını vurğulayıb.

Xatırladaq ki, Saakaşvili ona qarşı bir sıra cinayət işlərinin olmasına baxmayaraq, 2021-ci ilin oktyabrında Gürcüstana qayıdıb və saxlanılaraq həbs edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti