Ötən il 142,7 km magistral su xətti çəkilib

   Ötən il 142,7 km magistral su xətti çəkilib
  05 Mart 2024    Oxunub:1070
Ötən il regionlarda 142,7 km magistral su xətti çəkilib.
AzVision.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Regionlarda 2023-cü il ərzində müxtəlif diametrli 142,7 km magistral su xətti, 542.6 km su şəbəkəsi xətləri, 131 km içməli su ev birləşmələri, 8,0 km kanalizasiya kollektor xətti, 2,0 km mikrotunel, 68,3 km kanalizasiya xətləri, 56,9 km kanalizasiya ev birləşmələri xətləri çəkilib.

Qeyd olunan dövrdə 18.1 min ədəd mexaniki su sayğacı quraşdırılıb, 26 ədəd subartezian quyusu qazılıb, 6 ədəd su anbarı əsaslı təmir olunub, 1 ədəd sutəmizləyici qurğular kompleksinin, 4 ədəd suqəbuledici qurğunun, 6 ədəd əks-osmos tipli sutəmizləyici qurğunun, 30 əded su anbarının, 8 ədəd su nasos stansiyasının, 5 ədəd tullantı sutəmizləyici qurğular kompleksinin, 4 ədəd kanalizasiya nasos stansiyasının, 1,7 min ədəd su bulağının tikinti-quraşdırma işləri tamamlanıb.

Qeyd olunan dövrdə 3 ədəd su anbarının tikinti-quraşdırma işləri də davam etdirilib.

AzVision.az


Teqlər: su-xətti  





Xəbər lenti