"Qarabağ" - "Bayer" matçını fransalı hakimlər idarə edəcək

   "Qarabağ" - "Bayer" matçını fransalı hakimlər idarə edəcək
  05 Mart 2024    Oxunub:1090
“Qarabağ”ın “Bayer”lə martın 7-də keçiriləcək ilk oyununun hakimləri bəlli olub.
AzVision.az xəbər verir ki, oyunu fransalı hakimlər idarə edəcək

Avropa Liqasının 1/8 mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq matçın baş hakimi Benua Bastien olacaq. Ona Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Ceremi Piqnard yerinə yetirəcək. Benua Millot VAR, Erik Uattelye AVAR olacaq. İçko Lozev (Bolqarıstan) isə qarşılaşmaya hakim-inspektoru kimi təyinat alıb.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" – “Bayer” (Almaniya) qarşılaşması saat 21:45-də başlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti