Sejurne: "Qəzzadakı hadisə ilə bağlı izahat istəyirik"

      Sejurne:    "Qəzzadakı hadisə ilə bağlı izahat istəyirik"
  01 Mart 2024    Oxunub:824
Fransanın xarici işlər naziri Stefan Sejurne Qəzza zolağında humanitar yardım almaq üçün gözləyən dinc sakinlərin qətlə yetirilmələri ilə bağlı araşdırma aparılmasına çağırıb.
AzVision.az xəbər verir ki, o bu sözləri yerli mətbuata açıqlamasında söyləyib.
Qəzzada yardım gözləyərkən öldürülənlərin sayı artıb - FOTO/VİDEO - YENİLƏNİB (2)

"İzahat istəyirik. Nə baş verdiyini aydınlaşdırmaq naminə müstəqil araşdırma aparılmalıdır. Fransa bu, ya digər hadisələrə ikili standartlarla yanaşmır. Qəzza zolağında törədilən vəhşiliklərin baiskarı müəyyənləşdirilməlidir", - o vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Fransa   Qəzza   reaksiya  





Xəbər lenti