HƏMAS rəsmisi: "Atəşkəs yaxın gələcəkdə mümkün deyil"

      HƏMAS rəsmisi:    "Atəşkəs yaxın gələcəkdə mümkün deyil"
  28 Fevral 2024    Oxunub:755
"Potensial atəşkəs razılaşmasına gəlib çatmaq üçün hələ görüləsi çox iş var".
AzVision.az xəbər verir ki, bu barədə HƏMAS-ın siyasi və beynəlxalq əlaqələr üzrə rəhbəri Basim Nəim yerli mətbuata açıqlamasında bildirib.

"Atəşkəsdən qabaq görüləsi işlərimiz var. Vasitəçilərlə bir çox məqam haqqında müzakirə aparasıyıq", - o deyib.

O həmçinin söyləyib ki, "Baydenin məsələyə nikbin yanaşması cari vəziyyətlə örtüşmür və onun dedikləri seçkilər ərəfəsində daxili siyasətdə nüfuz qazanmaq istəyindən irəli gəlir".
Bayden: "Növbəti həftə Qəzzada atəşkəs gözlənilir" - VİDEO

"ABŞ, həqiqətən, nikbin davranmaq istəyirlərsə, ikili standartlar oyununa son qoymalıdır. Bir yandan regionda münaqişəni başa çatdırmaq zərurətindən danışıb, digər yandan BMT Təhlükəsizlik Şurasının atəşkəs cəhdlərinə veto qoymaqdan əl çəkməlidirlər", - HƏMAS rəsmisi söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   HƏMAS   Qəzza   atəşkəs  





Xəbər lenti