Radakin: "Ukrayna payızacan üstünlük qazana bilməyəcək"

      Radakin:    "Ukrayna payızacan üstünlük qazana bilməyəcək"
  28 Fevral 2024    Oxunub:815
Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, Krallıq Donanmasının admiralı Toni Radakin Ukraynanın yayın axırınadək Rusiyaya qarşı əks-hücuma keçə bilməyəcəyini söyləyib.
AzVision.az xəbər verir ki, admiral bu sözləri Londonda baş tutan konfransda çıxışı zamanı dilə gətirib.

O diqqətə çatdırıb ki, Qərb dövlətləri dəstək naminə əlavə addımlar atmayınca Ukraynanın sursat çatışmazlığı səbəbi ilə Rusiyaya qarşı döyüş meydanında uzun aylar ciddi həmlə həyata keçirməsi müşkül görünür.

(Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi Toni Radakin 2022-ci ilin avqustunda Ukranaya səfəri çərçivəsində prezident Volodimir Zelenski ilə görüşərkən)

"Ukraynanın təcili hərbi yardıma ehtiyacı var. ABŞ Konqresinin yardım paketi ilə bağlı qərarı gecikdirməsi Kiyevi çətin vəziyyətdə qoyur. Avropa bu işin öhdəsindən təkbaşına gələ bilmir", - o deyib.

Radakin həmçinin vurğulayıb ki, NATO müttəfiqləri arasında Ukraynaya dəstəklə bağlı danışıqlar gedir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Britaniya   Ukrayna   Avropa   ABŞ  





Xəbər lenti