Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini dəyişib

   Zelenski Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini dəyişib
  09 Fevral 2024    Oxunub:1196
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Serhiy Şaptala tutduğu vəzifədən azad olunub.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

“Bu gün Ukraynanın Müdafiə və Təhlükəsizlik Qüvvələrinin komandanlığı və müdafiə naziri Rustem Umerovla müşavirə keçirdim. Müşavirələrin nəticələrinə əsasən: birincisi, o, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisini dəyişdim. Baş komandan Oleksandr Sırskinin təklifi ilə general-mayor Anatoli Barhileviçi yeni Baş Qərargah rəisi təyin etdim. Təcrübəli insandır – bu müharibənin vəzifələrini və Ukraynanın məqsədlərini başa düşür”, – dövlət başçısı vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti