“Mənə avtomobilimin yandırılması ilə bağlı xeyli suallar verirsiniz. Bəli, kimsə evimin qarşısında maşınımı yandırmağa cəhd edib. Buferə benzin tökərək yandırıblar. Maşının "KASKO" sığortası var, sadəcə bir hissə yanıb deyə maddi ziyana görə narahat etmirəm.
O ki qaldı bunu kimlərin etməsinə, bəli, hadisənin izləri son vaxtlar toxunduğumuz və Ermənistana da oxşar davranışlar gətirməyə çalışan Qarabağ qüvvələrinin korrupsioner çevrələrinə aparır. Bu arada evimin qarşısındaca maşınımı yandırmağa cəhd edənləri ilk olaraq polis tapsa, onların bəxti gətirmiş olacaq”, - o yazıb.
Qeyd edək ki, İoannisyanın adı bir neçə dəfə cinsi azlıq məsələlərində də hallanıb. Bundan başqa o, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətə görə generalları tənqid etməsiylə də seçilib.
Tural Tağıyev
AzVision.az