Belarus İrəvana 5 it verəcək

Belarus İrəvana 5 it verəcək
  08 Fevral 2024    Oxunub:1115
Ermənistan Daxili İşlər Nazirliyi qurumun kinoloji bölmələri üçün Belarusdan 5 çoban iti alacaq.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Qeyd edilir ki, artıq itlərə adlar da qoyulub. “Arçi”, “Nik”, “Kerri”, “Bleyz” və “Arma” adlı itlər Ermənistan Daxili İşlər Nazirliyinin maddi bazasında qeydiyyata alınacaqlar. “Heyət”in çatdırılmasını Belarus tərəfi öz hesabına həyata keçirəcək.

Qeyd edək ki, son aylarda Ermənistan Daxili İşlər Nazirliyinin rəhbərliyi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə kompleks tədbirlər çərçivəsində kinoloji bölmələri gücləndirilməyə çalışır.

Tural Tağıyev
AzVision.az



Teqlər: İt  





Xəbər lenti