Ermənistan Aİİ-dən "soyuyub"?

Ermənistan Aİİ-dən "soyuyub"?
  08 Fevral 2024    Oxunub:1050
Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlükdən imtina etməsi İrəvana sərf etməz. Bu addım ölkənin maraqlarına zidd olar.
AzVision.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin RİA Novosti-yə müsahibəsində deyib.

Pankinin sözlərinə görə, Aİİ çərçivəsində əməkdaşlıq Ermənistan üçün səmərəlidir. Son bir neçə ildə ölkə ÜDM-in artımı, əsas kapitala investisiyalar, başa çatdırılan tikinti işlərinin həcmi və s. kimi göstəricilərə görə birlik daxilində liderə çevrilib.

Xatırladaq ki, yanvarın 1-də Aİİ-yə sədrlik Rusiyadan Ermənistana keçdi. Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin qurumla iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqkı olduğunu desə də, Aİİ-yə marağın azaldığını gizlətmir.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti