Ekvadorda evtanaziya qanuniləşdirilir

Ekvadorda evtanaziya qanuniləşdirilir
  08 Fevral 2024    Oxunub:864
Ekvadorun Konstitusiya Məhkəməsi ölkədə evtanaziyanın qanuniləşdirilməsinə səs verib.
Bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb. Qərar üç ildir sklerozdan əziyyət çəkən 42 yaşlı Paola Roldanın iddiasına baxıldıqdan sonra verilib. Bu müddət ərzində Roldan süni tənəffüs aparatına qoşulub.

Ölkənin Səhiyyə Nazirliyinə iki ay ərzində evtanaziya ilə bağlı qaydaların hazırlaması tapşırılıb.

Qeyd edək ki, Ekvadorda indiyədək bu proseduru həyata keçirən həkimləri 10 ildən 13 ilədək həbs cəzası gözləyirdi.

AzVision.az


Teqlər:





Xəbər lenti