Ermənistanda qızılcaya yoluxma artır

   Ermənistanda qızılcaya yoluxma artır
  03 Fevral 2024    Oxunub:1051
Ermənistanda qızılca xəstəliyinə yoluxma halları artmağa davam edir. Son həftələrdə bu göstərici 50-55 arasında dəyişir.
AzVision.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın səhiyyə naziri Anait Avanesyan məlumat verib.

Onun sözlərinə görə, müalicəyə ehtiyac duyan hər kəs xəstəxanaya yerləşdirilir, onların yaxınlarına peyvənd vurulur. Xəstəlikdən yayınmanın və ya kəskinləşməsinin qarşısının alınmasının ən yaxşı yolu peyvəndlənmə olaraq qalır.

"Xüsusən uşaqlar arasında peyvənd vurulması halları azalıb. Buna həm də antivaksinasiya təbliğatı təsir edir. Peyvənd əleyhinə təbliğat ilk növbədə uşaqlar və onların ailələri üçün təhlükəlidir", - A.Avanesyan qeyd edib.

AzVision.az



Teqlər:





Xəbər lenti