Ərdoğan Hatayda tikilən 7275 evi sahiblərinə verəcək

   Ərdoğan Hatayda tikilən 7275 evi sahiblərinə verəcək
  03 Fevral 2024    Oxunub:1014
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda zəlzədən sonra tikilən 7 min 275 evi bu gün öz sahiblərinə təhvil verəcək.
AzVision.az xəbər verir ki, bu barədə “Erdoğan Digital Media” hesabında paylaşım edilib.

Evlər ötən il fevralın 6-da baş verən güclü zəlzələlərdən sonra dağılan binaların əvəzinə tikilib.

Məlumata əsasən, Ərdoğan “Əsrin fəlakəti” adlandırılan zəlzələnin birinci ildönümündə sözügedən bölgəyə səfər edəcək. Prezident bölgədə aparılan tikinti işləri ilə tanış olacaq, eləcə də tikintisi başa çatan evlərin sahiblərinə təhvil verilməsi mərasimində iştirak edəcək.

Prezident ilk səfərini bu gün Hataya edəcək, sabah isə Qaziantepdə olacaq. Fevralın 6-da isə iki böyük zəlzələnin episentri olan Kahramanmaraş şəhərinə gedəcək.





AzVision.az


Teqlər:





Xəbər lenti