BMT Qəzzada jurnalistləri müdafiə etmək iqtidarında deyil

   BMT Qəzzada jurnalistləri müdafiə etmək iqtidarında deyil
  01 Fevral 2024    Oxunub:1006
BMT-nin Qəzza zolağındakı əməkdaşlarının orada işləyən jurnalistləri müdafiə etmək imkanı yoxdur.
AzVision.az xəbər verir ki, bunu brifinqdə dünya təşkilatının rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.

“Humanitar işçilərimiz, eləcə də jurnalistlərimiz cəbhə xəttindədirlər və bunun əvəzini canları ilə ödəyiblər. Bildiyiniz kimi, münaqişə yerində 150-dən çox əməkdaşımız həlak olub”.

Düjarrik əlavə edib ki, dünya təşkilatı dəfələrlə “həm açıq, həm də özəl olaraq jurnalistlər və onların həyatlarını təhlükəyə atmadan işlərini yerinə yetirə bilmələri ilə bağlı narahatlıqlarını ifadə edib”.

Qeyd edək ki, Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsinin son məlumatlarına görə, Fələstin-İsrail münaqişəsi kəskinləşməyə başlayandan bəri azı 85 jurnalist həlak olub.

AzVision.az


Teqlər:





Xəbər lenti