Rusiya-Ukrayna sərhədində döyüşlər davam edir – VİDEO

  21 İyun 2014    Oxunub:868
80-dən çox Ukrayna sərhədçisi Rusiya tərəfə keçib.
AzVision.az xəbər verir ki, bu dəqiqələrdə Rusiya-Ukrayna sərhədində, Donetsk vilayətində qızğın döyüş gedir. “Uspenka” keçid məntəqəsində atışma daha güclüdür.

Məlumata görə, dünən gecədən etibarən Novoşaxtinskiy keçid məntəqəsi ötən gecədən bağlanıb. Gecə yarısına yaxın “İzvarino” keçid məntəqəsində döyüş başlayıb. Ukrayna sərhədçiləri Rusiyadan sığınacaq istəməyə məcbur qalıblar. Onlar naməlum silahlıların hücumuna məruz qaldıqlarını bildiriblər.

80 –dən çox sərhədçinin Rusiya ərazisinə keçdiyi bildirilir. Onların arasında yaralılar var.

Vəziyyətlə əlaqədar olaraq iki ölkə arasındakı sərhəddə mühafizə gücləndirilib. Sərhəd rayonlarına əlavə polis qüvvələri göndərilib.

Səbinə Həsənova

Teqlər:  

Xəbər lenti