Obama Kerrini İraqa göndərir

Obama Kerrini İraqa göndərir
  20 İyun 2014    Oxunub:841
ABŞ dövlət kaitibi yaxın günlərdə İraqa səfər edəcək.
Bu barədə AzVision.az Qərb KİV-nə istinadən xəbər verir.

Daha əvvəl ABŞ prezidenti Barak Obama dövlət katibinin həftəsonu İraq məsələni müzakirə etmək üçün Yaxın Şərqə səfər edəcəyini bildirmişdi. Lakin Kerrinin birbaşa İraqa səfəri barədə məlumat verilmirdi.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti