Obamadan İraq açıqlaması: “Əsgər göndəriləcək”

Obamadan İraq açıqlaması: “Əsgər göndəriləcək”
  20 İyun 2014    Oxunub:799
ABŞ prezidenti Barak Obma İraqdakı böhranlı vəziyyətlə bağlı açıqlama verib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Obama çıxışında İŞİD-ə qarşı əməliyyatlar keçirməyə hazır olduqlarını vurğulayıb:

“İraq ordusuna strateji dəstək vermək və təlim keçmək üçün bu bölgəyə 300 amerikalı əsgər göndəriləcək. Bu problemi on minlərlə əsgər göndərmək və İraqda bundan əvvəlkilər kimi qan tökmək yolu ilə həll etmək olmaz. Çünki bu, iraqlıların həll etməli olduğu məsələdir”.

B.Obama İraqdakı kəşfiyyat işindən də danışıb: “İraqın daxilindəki vəziyyəti daha yaxşı görmək üçün kəşfiyyat müşahidələri artırmışıq. Bu, bizə imkan verəcək ki, İŞİD-in nə etdiyini, harada olduğunu və bu təhlükəyə qarşı necə mübarizə apara biləcəyimizi daha yaxşı anlayaq”.

ABŞ prezidenti bildirib ki, İŞİD-ə qarşı keçirilə biləcək hər hansısa hava hücumu mülki şəxslərə də ziyan vura bilər.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti