Putindən Merkel və Ollanda kritik zəng

Putindən Merkel və Ollanda kritik zəng
  20 İyun 2014    Oxunub:1072
Rusiya prezidenti vladimir Putin, Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandla telefon danışıqları aparıb.
AzVision.az-ın Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, danışıqların əsas mövzusu qaz problemi ilə bağlı rəsmi Kiyevlə aparılan danışqılar olub.

Putin Ukraynanın cənub-şərqində dincə əhaliyə qarşı keçirilən əməliyyatların davam etdirilməsinə görə narahatlıq keçirdiyini ifadə edib. O, həmçinin Kiyev rəhbərliyini zorakılığı dayandırmaq və ümummilli dialoqa başlamaq barədə verdiyi söz tezliklə əməl edəcəyinə ümid etdiyini bildirib.

Məlumata əsasən Olland və Merkel Rusiya liderini Ukrayna ilə qazın nəqli ilə bağlı danışıqları bərpa etməyə çağırıb. Tərəflər, həmçinin Ukraynanın şərqində hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini vurğulayıblar.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti