İraq ABŞ-dan yardım istəyib

İraq ABŞ-dan yardım istəyib
  19 İyun 2014    Oxunub:1160
Rəsmi Bağdad “İraq Şam İslam Dövləti” qruplaşmasının silahlıları ilə mübarizədə ABŞ-dan təcili yardım istəyib
İraqın xarici işlər naziri Hoşyar Zəbari deyib ki, ekstermistlərin mövqlərinə hava zərbələri endirilməsi üçün birləşmiş ştatlara rəsmi müraciət ünvanlanıb. ABŞ prezidenti Barak Obma isə bu məsələni Ağ evdə konqresin liderləri ilə müzakirə edib. Görüşdən sonra açıqlama verən Nümayəndələr Palatasında demokrat azlığın lideri Nensi Pelosi Barak Obma İraqda terroçulara qarşı mümkün hərbi əməliyyatalara başlanılması ilə bağlı qərar qəbul etmək üçün konqresin razılığını almağa ehtiyac olmadığını vurğulayıb.

Qeyd edək ki, artıq Fars körfəzində olan ABŞ-a məxsus F-18 qırıcılarının İraq səmasında kəşfiyyat uçuşlarına başladığı bildirilir. Lakin Pentaqon nümanyəndəsinin açıqlamasında bildirilir ki, hələlik bombardıman barədə qərar verilməyib.

Səbinə


Teqlər:  





Xəbər lenti