Sarkisyan Qaribaşvili ilə görüşüb

Sarkisyan Qaribaşvili ilə görüşüb
  19 İyun 2014    Oxunub:767
Gürcüstana etdiyi rəsmi səfər çərçivəsində Ermənistan prezidenti Serj Sarkisyan bu ölkənin baş naziri İrakli Qaribaşvili ilə görüşüb.
Bu barədə AzVision.az Gürcüstan KİV-nə istinadən xəbər verir.

Görüş zamanı tərəflər Ermənistan-Gürcüstan münasibətlərinə dair müzakirələr aparıb. Onlar birgə səylər nəticəsində müxətlif sahələrdə əməkdaşlığın artırılması perspektivlərini də müzakirə ediblər.

Sarkisyan və Qaribaşvili həmçinin regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti