Rusiyaya qarşı yeni sanksiyalar - SİYAHI

Rusiyaya qarşı yeni sanksiyalar - SİYAHI
  19 İyun 2014    Oxunub:1182
Avstraliya hökuməti Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
AzVision.az-ın məlumatına görə, Avstraliya XİN-in yaydığı sanksiyalar siyahısına 50 Rusiya vətəndaşı və 11 şirkətin adı daxil edilib.

Ukraynadakı böhrana görə tətbiq edilən sanksiyalar siyahısına Rusiya prezidentinin müşaviri Sergey Qlaziyev, Federasiya Şurasının sədri Valentina Matveyenko, senator Andrey Klişas, Dövlət Dumasının spikeri Sergey Narışkin, deputatlar Yelena Muzilina və Aleksey Puşkov, baş nazirin müavinləri, Dmitri Roqozin və Dmitri Kozak, Rusiya prezidentinin köməkçiləri Vladislav Surkov, Vladimir Kojin və Andrey Fursenko, Rusiya Prezident Administrasiyasının rəhbəri Serqey İvanov, Kreml Administrasiyasının birinci müavinləri Vyaçislav Volodin və Aleksey Qromorov, Krım rəhbəri səlahiyyətlərini icra edən Sergey Aksyonov, biznesmenlər Yuriy Kovalçuk, Arkadiy və Boris Rotenberqlər qardaşları, Qennadiy Timçenko və “Luqansk və Donetsk” vilayətlərinin bir sıra liderlərinin adı daxil edilib.

Sanskiyalar siyahısına o cümlədən “Rusiya Bankı”, “İnverstKapitalBank”, “Avia Qrup Nord”, “Volqa-qrup” və s şirkətlərin adı da daxil edilib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti