İspaniyanın yeni kralı məlum oldu - VİDEO

İspaniyanın yeni kralı məlum oldu - VİDEO
  19 İyun 2014    Oxunub:985
Taxtan imtina edən Xuan Karlosun oğlu şahzadə Felipe Ispaniyanin yeni kralı olub.
AzVision.az Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, o, VI Flipp adını daşıyacaq.

Şahzadə ölkə başçısı kimi iyunun 19-da səhər saatlarında İspaniya parlamentinin aşağı palatasında and içəcək.

Qeyd edək ki, ötən gün 76 yaşlı Xuan Karlos Madriddə təşkil olunan təntənəli mərasimdə özünün taxtdan uzaqlaşması barədə qanunu imzalayıb. İspaniyanın baş naziri Mariano Rohoy da bu qanunu imzalayıb.



Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti