Ukrayna ordusuna ağır zərbə: 18 ölü

Ukrayna ordusuna ağır zərbə: 18 ölü
  19 İyun 2014    Oxunub:875
Ukraynana ordusu Luqansk vilayətində gedən döyüşlər zamanı ağır itkilər verib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

İlkin məlumatlara görə, Şastiya şəhəri yaxınlığında gedən döyüşlər zamanı Ukrayna ordusunun 18 əsgəri öldürülüb.

Məlumata əsasən anti-terror əməliyyatları çərçivəsində iştirak edən daha 13 hərbçinin taleyi barədə məlumat yoxdur.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti