Araq satışına qadağa qoyuldu

Araq satışına qadağa qoyuldu
  19 İyun 2014    Oxunub:1493
Tərkibində spirt 30 faizdən çox olan içkilər axşam saat 9-dan səhər saat 12-yə kimi satılmayacaq.
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin imzaladığı yeni qanun tərkibində spirt 30 faizdən çox olan içkilərin axşam saat 9-dan səhər saat 12-yə kimi satışını qadağan edir.

AzVision.az-ın anspress-ə istinadən verdiyi məlumata görə, belə içkilər həmin vaxtda yalnız restoranlarda və barlarda satıla bilər.

Qanun spirtli içkilərin benzindoldurma məntəqələrində, təhsil və idman müəssisələrində satışını qadağan edir.

Bu ayın əvvəlində Qazaxıstan baş nazirinin müavini Sultanov demişdi ki, Orta Asiya regionunda ən çox spirtli içki içilən ölkə Qazaxıstandır.

Qazaxıstanda bir ildə adambaşına 11 litr araq içilir.


Teqlər:





Xəbər lenti