İranda Güneyli vəkilə 1 il həbs cəzası verildi
Bundan öncə Sina Yusifi sözügedən işin elektron bildirişini özünün “X” hesabında paylaşaraq, ona qarşı irəli sürülən “ittiham”ın mahiyyətini açıqlayıb.
“İsfahan Evi” kimi tanınan məhkəmə işini aparan hakimin qanunsuz hərəkətləri barədə məlumat verdiyim üçün mən İsfahan İnqilab Prokurorluğu tərəfindən “hökumətə qarşı təbliğat aparmaq, ictimai rəyi çaşdırmaq” ittihamı ilə çağırılmışam”, - vəkil yazıb.
AzVision.az