Yol qəzası - 11 inək tələf oldu

Yol qəzası - 11 inək tələf oldu
  17 İyun 2014    Oxunub:1459
Bakı-Qazax avtomagistralında növbəti qəza baş verib.
AzVision.az xəbər verir ki, bu dəfə yol kabusunun qurbanı 11 baş iribuynuzlu mal-qara olub. Bu gün səhər saatlarında Ağstafa rayonun Dağ Kəsəmən kəndi ərazisində Gəncə şəhər sakini Ruslan Mehtiyevə məxsus "Şaqman" markalı yük avtomobili, iri buynuzlu heyvan sürüsünü vuraraq yol kənarına aşıb. Nəticədə 11 baş inək elə hadisə yerindəcə ölüb.

Bir neçə kənd sakininin mal-qarası olan sürü yolu keçən zaman hadisə baş verib. Qəza zamanı Bakıdan Qazaxa hərəkət edən Xanlıqlar kənd sakini Səhəddin Abdullayevin idarə etdiyi "Mersedes" markalı avtomobilədə ziyan dəyib. Səhəddin Abdullayev yük avtomobilinin bir başa heyvanların üzərinə gəldiyini və həmin heyvanlardan bir neçəsinin onun avtomobilinə dəyərək tələf olduğunu dedi. Qeyd edək ki,hadisə baş verən ərazidə bir müddət avtomobillərin hərəkətində fasillər yaransada artıq yol heyvan cəsədlərindən təmizlənərək gediş -gəliş bərpa olunub. Faktla bağlı araşdırma aparılır. (xəzərxəbər)




Teqlər:





Xəbər lenti