Orduya çağırış tədbirində izdihama görə 37 nəfər öldü
“Faciə Ornano stadionunda noyabrın 20-dən 21-nə keçən gecə baş verib. Fövqəladə Hallar Xidmətlərinin ilkin məlumatlarına görə, 37 nəfər ölüb, çoxlu sayda insan yaralanıb”, - hökumətin kommünikesində deyilir.
Portalın məlumatına görə, stadionda orduya çağırış tədbirləri keçirilib. Yerlərin məhdudluğu səbəbindən namizədlər gecə saatlarında növbəyə düzülüb. Konqo DR-də orduya qəbul müqavilə əsasında həyata keçirilir və hərbi xidmət gənc konqolular arasında çox populyardır.
AzVision.az
Teqlər: Konqo