Təbrizli deputat: “Dünya süni intellektlə işləyir, biz isə interneti kəsirik!”
“Dünya süni intellektə, internet texnologiyasına doğru irəliləyir, biz isə virtual məkanı məhdudlaşdırırıq və bu cür davam etsək, yaxın gələcəkdə qabaqcıl dünyadan xeyli uzaqlaşacaq bir ölkə quracağıq. Biz həmişə internetdən yanlış istifadələrə diqqət yetiririk, halbuki internetdən səhv istifadə edənlərə görə yaxşı insanları da məhrum etməməliyik”, - Təbrizli deputat deyib.
Qeyd edək ki, ötən il yaşanan ümumxalq etirazlarından sonra İran hökuməti ölkədə söz və internet azadlıqlarını məhdudlşadırmaq istiqamətində repressiya siyasətini daha da gücləndirib.
AzVision.az
Teqlər: İran məhdudiyyətlər