Tehran İsrailin ittihamlarını təkzib edir

İranın diplomatiya idarəsinin sözçüsü İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin Qırmızı dənizdə “Galaxy Leader” gəmisnin qaçırılmasında İranın əli olması ilə bağlı ittihamları rədd etdiyini vurğulayıb. O, bu cür ittihamların əsassız olduğunu bildirib.
Xatıqladaq ki, Baham adaları bayrağı altında üzən, lakin israilli sahibkar Rami Ungerə məxsus olan “Galaxy Leader” gəmisi Qırmızı dənizdə husilər tərəfindən ələ keçirilərək, Yəmənin qərbindəki Hudeyda əyalətindəki limana aparılıb. Gəmidə 22 ekipaj üzvü olub.
AzVision.az