ABŞ məhkəməsi iki nəfəri İran neftini satmağa cəhddə təqsirli bilib
“Müttəhimlər öz şəxsiyyətlərini gizlətmək üçün xarici pasportlar əldə edərək saxta müqavilələr imzalayıblar. Yalnız kağız üzərində olan şirkətlər və ofşor maliyyə hesabları vasitəsilə İran neftinin satışından əldə edilən vəsaitlərin yuyulması üçün əlbir olublar. Vonq öz şirkəti tərəfindən satılan mədən hüquqları ilə İran nefti üçün pulların yuyulmasını, həmçinin Çin rəsmilərinə və bankirlərə rüşvət təklif edib”, - məlumatda deyilir.
42 yaşlı hər iki şəxsi ABŞ-nin İrana qarşı sanksiyalarını pozmağa və çirkli pulların yuyulmasına cəhd etdikləri üçün 45 ilə qədər həbs cəzası gözləyir.
Qeyd edək ki, hələ 2020-ci ildə Amerika mənbələri İran sanksiyalarını pozmaqda günahlandırılan beş nəfərin həbs edildiyini, həmin siyahıda Vonq və Daniel Raylin adlarının da olduğunu yazmışdı. ABŞ-nin Ədliyyə nazirliyi isə həmin məlumatı təsdiqləyərək, Federal Təhqiqat Bürosunun (FTB) onların işini araşdırdığını açıqlamışdı.
AzVision.az
Teqlər: ABŞ sanksiyalar