İngitərədə SEPAH-ın təhlükəsizliyə qarşı təhdidləri müzakirə edilib
Ölkənin sabiq Müdafiə naziri Liam Foks və Britaniya Mühafizəkarlar partiyasının keçmiş lideri İain Dunkan Smit görüşdə İnqilab Keşikçilərinin artan təhdidləri ilə məşğul olmaq zərurətini vurğulayıblar.
Beheşti İranın Britaniyada təhdid səviyyəsinin və təsirinin artmasına diqqət çəkərək, SEPAH ilə qarşıdurma probleminin təkcə İran, Ukrayna və İsrailin yox, indi artıq Britaniyanın da daxili məsələsinə çevrildiyini bildirib.
Mühafizəkarlar partiyasının üzvü Metyu Hone bu görüşün əsas məqsədinin SEPAH-ın təsirinin genişlənməsi və adının terrorçu qruplar siyahısına salınmasının zəruriliyi barədə məlumatlılığı artırmaq olduğunu bildirib.
“İsrail və İngiltərədəki son hadisələr göstərir ki, İrandakı mövcud rejim İran xalqının yeganə problemi deyil”, - Hone vurğulayıb.
Britaniyalı parlamentari beynəlxalq ictimaiyyəti azadlığa nail olmaq üçün İran xalq hərəkatına dəstək verməyə çağırıb.
“The Telegraph” bir həftə əvvəl Böyük Britaniyanın 70-ə yaxın parlament üzvünün və siyasi xadiminin bu ölkənin baş naziri Rişi Sunaka məktub yazaraq SEPAH-ın terrorçu qruplaşmalar siyahısına saklnmasını xahiş etdiyini yazmışdı. Məktub müəlliflərinin fikrincə, bu aksiya “qlobal zərurətdir” .
AzVision.az