Nazirlik 26 əlili istirahətə göndərdi

Nazirlik 26 əlili istirahətə göndərdi
  16 İyun 2014    Oxunub:1009
İyunun 16-da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 26 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Yunanıstanın Soloniki şəhərindəki “Anagennisi” Tibbi-reabilitasiya sanator mərkəzinə bərpa müalicəsinə yola salınıb.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, “Anagennisi” Tibbi-reabilitasiya sanator mərkəzi səmərəli fizioterapevtik müalicə metodları, yüksək xidmət səviyyəsi və peşəkar həkim-reabilitoloq personalı ilə nüfuz qazanmış müəssisələrdən biridir. Tibbi innovasiyaların geniş tətbiq olunduğu mərkəzdə aparılan müalicə kursu əlilliyi olan şəxslərin səhhətində ciddi yaxşılaşma yaradır. Müvafiq razılaşmaya əsasən, cari ilin iyun-avqust ayları ərzində ilk dəfə olaraq ölkəmizdən 76 nəfər əlilliyi olan şəxsin həmin mərkəzdə 28 günlük bərpa-müalicə kursunun təşkili nəzərdə tutulub.

Sağlamlıq imkanları məhdud uşaqların da xaricdə bərpa müalicəsi istiqamətində müvafiq işlər aparılır. Belə ki, qeyd olunan müddətdə ƏƏSMN tərəfindən 80 nəfər sağlamlıq imkanları məhdud uşağın valideynlərindən birinin müşaiyəti ilə Latviya Respublikasının Yurmala şəhərindəki “Vaivari” Tibbi-teabilitasiya mərkəzində 20 günlük müddətə bərpa müalicəsinin təşkili planlaşdırılıb. Son bir ayda onlardan artıq 45 nəfəri həmin mərkəzə yola salınıb. Mərkəzdə uşaqlarda sağlamlıq imkanları məhdudluğun kəskin formalarının aradan qaldırılmasına yönələn fizioterapevtik müalicə üsulları əsasında reabilitasiya proqramları tətbiq olunur.

Əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların adıgedən mərkəzlərdə yerləşmələrinə və bərpa müalicə xidməti ilə təmin olunmalarına nəzarət etmək, habelə həmin ölkələrin müvafiq reabilitasiya təcrübələrinin öyrənilməsi üçün ƏƏSMN aidiyyatı struktur bölmələrindən olan əməkdaşlar ezam olunaraq onlarla birgə göndəriliblər.


Teqlər:





Xəbər lenti