İranda hər il 100 milyard tümənlik yol texnikası oğurlanır
“Bu oğurluqların bəzilərində podratçılar günahkardır. Oğurluqlar təkcə ölkənin küçələri ilə məhdudlaşmır və şəhərlərdə, xüsusən də Tehranda onların sayı xeyli çoxdur. Biz oğurluğa həssas olmayan və oğurlana bilməyən materiallardan istifadə etməyə çalışdıq”, - Əkbəri deyib.
Hələ iki il əvvəl Əkbəri yalnız işarə və nişanlar sektorunda yol oğurluğunun bu quruma ildə ən azı 20 milyard tümən ziyan vurduğunu və elektrik kabellərinin oğurlanmasından dəyən ziyanın isə daha ağır olduğunu bəyan etmişdi.
Ötən illərdə şəhər və yol avadanlıqlarının oğurluğu daha da artıb və İran KİV-lərinin məlumatına görə, bu oğurluqların bir çoxu “mütəşəkkil şəkildə bəzi məmurların və podratçıların əməkdaşlığı ilə” həyata keçirilir.
Aidiyyəti qurumların əməkdaşlarının sözlərinə görə, ötən illərdə su və kanalizasiya üçün çuqun siyirmələrin oğurlanması, şəhər avtovağzallarından oğurluq halları da artıb.
AzVision.az