Həmədanda bəhailər kütləvi şəkildə saxlanılır
Məlumatlı mənbələrin bildirdiyinə görə, bu vətəndaşların evlərində axtarış “çoxlu zorakılıq”la müşayiət olunub və hər evdə axtarış aparmaq üçün Kəşfiyyat nazirliyinin 5-10 məmuru cəlb edilib.
Məmurlar evlərə girmək üçün “elektrik ustası, bələdiyyə və ya poçtalyon” kimi adlardan istifadə edir, bəzi hallarda isə “evlərə kilidi sındıraraq, qapını təpikləməklə girərək, başlara tapança sıxmaqvə bədəni axtararmaqla məşğul olublar”.
Kəşfiyyat nazirliyinin məmurları tərəfindən zorakılıq halları o həddə çatıb ki, bəzi evlərdə ev sahiblərinin qohumları infarkt keçirib və xəstəxanaya gediblər.
Nazirliyin əməkdaşları bu evlərdə axtarış apararkən, özləri ilə “qızıl, ev sənədləri, bahalı əşyalar, pul, modem, sikkələr, telefonlar, noutbuklar, bank kartları, smart saatlar, pasport və milli kart kimi şəxsi əşyaları və sənədləri” götürüblər.
AzVision.az