Microsoft: İran, Rusiya və Çinin ABŞ seçkilərinə müdaxilə edə bilərlər
Hesabata görə, indiki və ya potensial regional münaqişələrin mərkəzində olan bu ölkələrin hər biri gələn il Amerikada keçiriləcək prezident seçkilərinin nəticələrini öz xeyrinə formalaşdırmağa çalışır. Amma məhz Rusiya bu hadisəyə təsir etmək üçün ən mümkün və eyni zamanda ən bacarıqlı variant hesab olunur.
İki ildən çoxdur ki, Ağ ev Moskvanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxiləsi iddiası ilə Rusiyanın 32 hüquqi və fiziki şəxslərinə qarşı Vaşinqtonun sanksiyalar tətbiq etdiyini açıqlayıb. O vaxt Amerika 10 rus diplomatını ölkədən çıxarıb.
“Microsoft” analitiklərinin fikrincə, 2024-cü ildə ABŞ-da prezident seçkilərinin bir neçə avtoritar rejimin eyni vaxtda müdaxilə etməyə və seçkinin nəticələrinə təsir göstərməyə çalışdığı ilk seçki ola bilər. Həm də gələn ildəki seçkilərə təsir etmək çox güman ki, 2016 və 2020-ci illərdə nəzərdə tutulanlardan fərqli platformalarda aparılacağı bildirilir.
Hesabatda Amerikanın sosial media ekosisteminin əvvəlki illərə nisbətən çox daha vizual hala gəldiyi, buna görə də, sosial şəbəkələrin əsas alətləri kimi şəkillər, animasiya gifləri, video kliplər, podkastlar və İnfluencerlərdən (təsir mexanizmlərindən) istifadə imkanlarının sadəcə mətn yazıları və ya botlardan daha çox olacağı vurğulanır.
Digər tərəfdən, İranın da yəqin ki, 2024-cü il Amerika seçkilərinin son mərhələlərində öz pozucu rolunu daha məqsədyönlü şəkildə həyata keçirəcəyi bildirilir. Hesabatın müəllifləri Tehranın gələn il ABŞ-da keçiriləcək prezident seçkilərinə müdaxilədə maraqlı olduğuna dair heç bir dəlil olmasa da, Yaxın Şərqdəki gərginliyə görə bunun dəyişəcəyini proqnozlaşdırırlar.
AzVision.az