Darrel İssa: Antisemitizmin güclənməsi İran hökumətinin marağındadır
Onun sözlərinə görə, bu, əslində HƏMAS-ın İsrailə atdığı 10 mindən çox raketin pulunu ödəmiş ölkənin geniş maliyyə dəstəyinin nəticəsidir.
“İran hökuməti təkcə antisemit deyil, həmçinin onlar İsraili məhv etmək istəyir. İran müxtəlif yerlərdə, o cümlədən universitetlərdə İsrailə qarşı fəaliyyətləri maliyyələşdirir. Amerika antisemitizmə səbəb olan üsulları araşdırmalıdır”, - konqresmen vurğulayıb.
HƏMAS-İsrail müharibəsi başlayandan bəri müxtəlif ölkələr, o cümlədən Avropada və Şimali Amerikada antisemitizm hallarının artdığı bildirilir. Britaniya, Fransa və ABŞ hökumətləri yəhudi vətəndaşlarını antisemit hücumlardan qorumaq üçün çalışdıqlarını açıqlayıblar.
AzVision.az
Teqlər: İran antisemitizm