Amnesty İnternational: Rza Rəsai edam təhlükəsi ilə üzləşib
Bir ay bundan əvvəl Kirmanşah vilayətinin cinayət məhkəməsinin ikinci şöbəsində keçirilən məhkəmədə o, edam cəzasına məhkum olunub.
“Bu son dərəcə ədalətsiz məhkəmə Rza Rəsaini qətl ittihamı ilə təqsirli bilərək, onu edam cəzasına məhkum edib. Bu işin yeganə sənədləri ondan işgəncə yolu ilə əldə edilən məcburi etiraflara əsaslanır. 34 yaşlı Rza (Qulamrza) Rəsai kürdlərin və Yarsan etnik-dini azlıqlarındandır. O, “Qadın, Həyat, Azadlıq” ümummilli etirazları ilə əlaqədar SEPAH üzvünü öldürməkdə ittiham olunur”, - Amnesty İnternational vurğulayıb.
AzVision.az