Tramp: “Süleymaninin öldürülməsindən sonra İrandan mənə zəng edib dedilər ki...”
“İranlılar bizə zəng edib dedilər ki, başqa seçimimiz yoxdur, sizi vurmalıyıq. Çünki özümüzə hörmətimiz var. Mən onları anlayışla qarşıladım: Onları vurmuşuq, onlar da nəsə edəcəklər. Dedilər ki, sizin hərbi bazalarınızdan birinə 18 raket atacağıq. Həmin gecəni xatırlayırsınız. Maraqlı gecə idi. Təlaşda olmayan yeganə insan mən idim, çünki nə olacağını bilirdim. Bizə dedilər: “Narahat olmayın. Biz sizin hərbi bazanıza 18 raket atacağıq, lakin onların heç biri bazaya dəyməyəcək. Əlbəttə, əslində onlar çox dəqiq və hədəfdən heç vaxt yayınmayan raketlərdir”.
AzVision.az
Teqlər: